Son Xəbərlər

İndiyədək 26197 fermer əkdikləri məhsul barədə məlumatı EKTİS-ə daxil ediblər

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir. Əkinlərin bəyan edilməsi prosesi başladıqdan indiyədək 26197 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Gədəbəy DAİM-də fermerlərə təlim keçmişdir.

15 noyabr 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Mübariz Əliyev Gədəbəy DAİM-də fermerlərə "İribuynuzlu heyvanlarda süni mayalanmanın aparılmasının əhəmiyyəti və qısırlığın aradan qaldırılması" mövzusunda təlim keçmişdir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşı Sabirabadda fermerlərə təlim keçmişdir.

15 noyabr 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşı Bəxtiyar Nəbiyev Sabirabadda fermer təsərrüfatında olmuş, fermerlərə "İribuynuzlu və xırdabuynuzlu heyvanlarda döl kompaniyasının aparılması, heyvanların saxlanma şəraitinə dair tələblər, heyvanların yem paylarının tərtibi, kökəltmənin effektiv üsulları" mövzusunda təlim keçmiş, öz lazımi məsləhət və tövsiyələrini vermişdir.

Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbəri ilə görüş, həmçinin xüsusi təhlükəli xəstəliklərə dair təlim keçirilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən SEEDS layihəsi uğurla davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbəri ilə görüş, həmçinin xüsusi təhlükəli xəstəliklərə dair təlim keçirilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda elmi jurnal təsis olundu

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun kifayət qədər fəaliyyət tarixi dövründə İnstitutda dünya və respublika şöhrətli alimlərin, tədqiqatçıların elmi fəaliyyəti sayəsində kənd təsərrüfatı elminə, xüsusən də heyvandarlıq sahəsinə elmi töhfələr verilmiş, aqrar sahənin inkişafına, yeni cinslərin, hibridlərin yaradılmasına, elmin tanıdılmasına nail olunmuşdur.

Video xəbərlər