Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun YTT-nın əkin sahəsində amarant bitkisi toxumu səpilmişdir.



Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 16 may 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun YTT-nın əkin sahəsində amarant bitkisi toxumu səpilmişdir.

Məlumat üçün bildirək ki, amarant bitkisi birillik bitkidir, toxum vasitəsilə çoxalır. Bitkinin məhsuldarlığı və qidalılıq dəyərinə gəldikdə isə, qeyd edək ki, amarant bitkisi həm dən, həm də yaşıl kütlə məhsuldarlığına malikdir. Amarantın dəni və yaşıl kütləsi zülal, yağ, mineral maddələr və vitaminlərlə zəngindir.