Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Qafar Məmmədov Xocavənd, Laçın, Cəbrayıl rayonlarında kümçülərlə görüş keçirib.



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2019-cu il təlim planına uyğun olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Qafar Məmmədov Xocavənd, Laçın, Cəbrayıl rayonlarında kümçülərlə görüş keçirib. Görüşdə kümçülər üçün "Baramaçılıqda aqrozootexniki qaydalarına düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsi" mövzusunda təlim keçirilib. Mütəxəssis eyni zamanda kümxanalardakı şəraitlə tanış olmuş və öz tövsiyələrini vermişdir.