Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ipəkçi mütəxəssislərlə əməkdaşlığı.



Bu il Azərbaycanda ilk dəfə olaraq yüksək və keyfiyyətli məhsulun alınması üçün 42 ipəkçi mütəxəssislə müqavilə bağlanılıb. Qeyd edək ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşı Nuranə Qəmbərova da bu siyahıda yer alıb və Goranboy rayonuna təhkim olunub.Müqaviləyə əsasən, mütəxəssislər mütəmadi olaraq ipəkqurdlarının bəslənməsi prosesi dövründə kümçülərə yardım edəcək, onlara məsləhət-informasiya xidməti göstərəcək, öz tövsiyələrini verəcək. Mütəxəssislər kümxanada temperatur, nəmlik rejiminin düzgün saxlanılması və ipəkqurdunun sarma prosesinin aktiv surətdə həyata keçirməsi prosesinə nəzarət edərək yüksək və keyfiyyətli məhsulun alınmasına şərait yaradacaq.

Təsərrüfatların mütəxəssis nəzarətindən kənar qalmaması və bu prosesin şəffaf həyata keçirilməsi məqsədilə qeydiyyat jurnalı hazırlanıb. Qeydiyyat jurnalında mütəxəssislərin baş çəkdikləri təsərrüfatlar barədə məlumatlar və tövsiyələr yer alacaq. Kümçülər isə öz növbəsində mütəxəssislərin təsərrüfatlarda olmasını öz imzaları ilə təsdiqləməlidir. Bu, ipəkçi mütəxəssislərin öz vəzifələrini layiqli yerinə yetirməsinə nəzarət məqsədi daşıyır. Eyni zamanda, ipəkçi mütəxəssislərin qeydləri Nazirlik tərəfindən təhlil olunacaq