Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Zəngilan, Qubadlı rayonlarında kümçülərlə görüş keçirib.


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2019-cu il təlim planına uyğun olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Təranə Hacıyeva Zəngilan, Qubadlı rayonlarında kümçülərlə görüş keçirib. Görüşdə kümçülər üçün "Baramaçılıqda aqrozootexniki qaydalarına düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsi" mövzusunda təlim keçirilib. Həmçinin, Sabirabad rayonunun Rüstəmli kəndində məskunlaşmış Zəngilan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün 20 kümçüyə 50 qutu baramaqurdu paylanmışdır. Mütəxəssis kümxanalardakı şəraitlə tanış olmuş və öz tövsiyələrini vermişdir.