Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Təranə Hacıyeva Ağdaş və Zərdab rayonlarında kümçülərlə görüş keçirib.



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2019-cu il təlim planına uyğun olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Təranə Hacıyeva Ağdaş və Zərdab rayonlarında kümçülərlə görüş keçirib. Görüşdə kümçülər üçün "Baramaçılıqda aqrozootexniki qaydalarına düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsi" mövzusunda təlimlər keçirilib. Mütəxəssis eyni zamanda kümxanalardakı şəraitlə tanış olmuş, Zərdab rayonunda tut ipəkqurdlarının seyrəldilməsi prosesində iştirak etmiş və öz tövsiyələrini vermişdir.