HETİ-yə gətirilmiş yüksək məhsuldar qaramal və qoyun cinsləri üzərində aparılacaq tədqiqat işlərinə dair proqnozlar.



HETİ-yə daxil olan bir sıra yüksıkməhsuldar qaramal cinslərinin inəkləri, xüsusən də, Qara-ala (Holşten-Friz), Simmental, Şvis və s. cinslər öz yüksək süd vermə qabiliyyətləri ilə fərqlənirlər. Misal üçün, Holşten-Friz öz vətənində, yaxşı yemləmə və saxlama şəraitində, 5000-6000 kq-a yaxın süd verə bilirlər. Hətta rekordçuları arasında 10000 kq süd verən inəklərə də rast gəlinir. Amma qeyd etmək lazımdır ki, bu cins sırf südlük istiqamətli inəklərdir və ətraf mühütin təsirlərinə neqativ reaksiya verə bilirlər. Bundan başqa digər mədəni cinslər kimi müxtəlif xəstəliklərə qarşı həssas heyvanlardır. Təsadüfi deyildir ki, respublikanın yerli malı arasında, naxırda ölüm halları cəmisi 0.9-1.0 % təşkil etdiyi halda, mədəni mallar arasında ölüm halları 10-12 %-dək yüksələ bilir.









Bundan başqa qeyd etmək lazımdır ki, yüksək süd məhsuldarlığına malik olmalarına baxmayaraq, süddə yağın miqdarı kifayət qədər aşağıdır. Belə ki, yerli malda süddə yağ faizi 4.0-4.5 % təşkil edirsə, Holşten-Frizdə bu göstərici 3.4-3.6 % olur, simmental və Şvis cinslərində bu göstərici, bir az yüksək-3.6-3.8 % təşkil edir ki, bu da respublika üzrə orta göstəricidən 0.2-0.6 % aşağıdır. Ona görə də, gələcəkdə bu cinslər üzərində “qanqatma” çarpazlaşdırması aparmaqla, onların qanına yerli malın qanının qatılması yolu ilə, mədəni malların damazlıq və məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi məqsədilə arzuolunan əlamətlərin alınması istiqamətində tədqiqat işlərinin aparılmasını proqnozlaşdırırıq. Bu istiqamətdə yerli Qonur Qafqaz (inəklərin südündə yağ faizi 4.2-4.5 %) və yerli Zebu malının (inəklərinin südündə yağlılıq 5.0-5.5 %) törədicilərindən istifadə olunması gözlənilir.