Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Səfa Musayeva Ağsu və Kürdəmir rayonlarında kümçülərlə görüş keçirib.



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2019-cu il təlim planına uyğun olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Səfa Musayeva Ağsu və Kürdəmir rayonlarında kümçülərlə görüş keçirib. Görüşdə kümçülər üçün "Baramaçılıqda aqrozootexniki qaydalarına düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsi" mövzusunda təlimlər keçirilib. Mütəxəssis eyni zamanda kümxanalardakı şəraitlə tanış olmuş və öz tövsiyələrini vermişdir.