HETİ-nin Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşı tərəfindən İmişli rayonunda fermerlərlə görüş keçirib.



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2019-cu il təlim planına uyğun olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşı Şahmar Məmmədov tərəfindən İmişli rayonunda fermerlərlə görüş keçirib. Görüşdə fermerlər üçün "İribuynuzlu heyvandarlıqda süd veriminin artırılması və buzovlara qulluq qaydalarının dair tövsiyələr" mövzusunda təlim keçirilib. Mütəxəssis eyni zamanda "İmişli Aqro" südçülük təsərrüfatındakı şəraitlə tanış olub və öz tövsiyələrini verib.