"Aqrar İnkişaf Könüllüləri"-nin Göygöl nümayəndəliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna səfər etmişdir.



22 fevral 2019-cu il tarixində "Aqrar İnkişaf Könüllüləri"-nin Göygöl nümayəndəliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna səfər etmişdir.

Könüllülər ilk öncə institutun direktoru, dos. Mahir Hacıyev, elmi işlər üzrə direktor müavini dos. Fizuli Mirzəyev, elmi katib dos. Samir Mahmudov və İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Fərid Dünyamalıyevlə görüşdə oldular. Onlara aqrar sahə ilə bağlı müəyyən tövsiyələr və məsləhətlər verildi, fəaliyyətlərində uğurlar arzu edildi.

Daha sonra könüllülər institutun "Quşçuluq laboratoriyası"na baxı keçirdilər. İnstitutunun laboratoriya müdiri Yasin Gözəlov onlara laboratoriyadakı avandanlıqlar və onların işləmə prinsipləri ilə bağlı könüllülərə qısaca məlumat verdi. Sonra isə könüllülər institutun tut bağına baş çəkdilər.

İnstitutun laboratoriya müdiri dos. Namiq Həsənov və digər əməkdaşlar tərəfindən könüllülərə sahədə əkilmiş yüksək məhsuldar tut cinsləri, bu sahədə olan innovativ texnologiyalar barədə məlumat verildi.

Sonda könüllülərə bir daha fəaliyyətlərində müvəffəqiyyət arzu edildi və bu tipli səfərlərin təkrarlanmasının əhəmiyyəti diqqətə çatdırıldı.