Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Çexiya Respublikasının Heyvan Elmləri İnstitutu arasında elmi əməkdaşlıq müqaviləsi bağlandı.


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun beynəlxalq əməkdaşlığı daha da genişləndi. Azərbaycan Respublikasının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Çexiya Respublikasının Heyvan Elmləri İnstitutu arasında elmi əməkdaşlıq müqaviləsi rəsmi olaraq bağlanmışdır.

Müqaviləyə əsasən:

- kənd təsərrüfatı heyvanlarının, ətlik və südlük istiqamətdə olan qoyunların yemlənməsi, yetişdirilməsi və artırılması kimi ümumi maraq sahələrində tədqiqatların aparılması, heyvandarlıq və heyvandarlıq məhsullarında qabaqcıl texnologiyaların tətbiqi;

- Avropa tədqiqat sahəsinə səmərəli inteqrasiya üçün layihələrin işlənməsində əməkdaşlıq etmək;

- ortaq tədqiqat layihələrində planlaşdırılmış məqsədlərə nail olmaq üçün elmi tədqiqatların aparılması;

- peşəkar inkişaf və təcrübə mübadiləsi üçün elmi tədqiqatçıların təlim keçməsi və s istiqamətlərdə işlər görüləcəkdir.