10 may 2019-cu il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə tədbir keçirildi.


10 may 2019-cu il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulduqdan sonra tədbir keçirildi.









Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri,heyvandarlıq elmi-tədqiqat institutunun əməkdaşları, bələdiyyələr, ağsaqqallar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.