Heyvandarlıq Elmi tədqiqat İnstitutu ilə Türkiyə Kars Kafkas Universiteti arasında memorandum imzalanıb.



Heyvandarlıq Elmi tədqiqat İnstitutunun direktoru dosent Mahir Hacıyev və institutun İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Dünyamaliyev 8-12 iyul tarixlərində Türkiyənin Kars vilayətində yerləşən Kars Kafkas Universitetinə səfər ediblər.Karsda yerləşən Kafkas Universiteti 11 iyul 1992-ci ildə 3837 nömrəli qanunu ilə təsis edilmişdir. Kafkas Universiteti 5 fərqli kampusda cəmi 45 akademik, 872 müəllim heyəti və 11 fərqli fakültədən ibarət olmaqla 20,000 tələbə, 9 peşə məktəbi, 1 dövlət konservatoriyası, 3 institut, 18 tədqiqat mərkəzi var. Milli və beynəlxalq təcrübəli kadrlarla həyata keçirilən təhsil və tədqiqat fəaliyyətləri xüsusən seçilir. Ali təhsilin tələb etdiyi müasir infrastruktur mövcuddur.

Səfər çərçivəsində Kars Kafkas Universitetinin Baytarlıq fakültəsi , Universitetdə fəaliyyət göstərən laboratoriyalarla,heyvan xəstəxanası ilə ,yardımçı təcrübə təsərrüfatında yerləşən iri və xırdabuynuzlu heyvandarlıq fermaları ilə, süd istehsalı mərkəzi tanışlıq oldu.Qeyd olundu ki,Universitetdə fəaliyyət göstərən laboratoriyalarda fermer və sahibkarlarla sıx əlaqədədir.Eyni zamanda Universitetin heyvan saglamlığı üzrə mütəxəssisi prof.dr Mete Cihanla, qoyunlarda süni mayalanma mütəxəssisi eyni zamanda layihə rəhbəri prof.dr Yavuz Öztürklə, layihə və sürü yönətimi mütəxəssisi prof.dr Cihan Kaçarla fikir mübadiləsi aparıldı.Azərbaycanda Kənd təsərrüfatının xüsusən də heyvandarlığın mövcud vəziyyəti və gələcək perespektivlərindən bəhs olundu.Gələcəkdə Azərbaycan və Türkiyəli mütəxəssislərin birgə əməkdaşlığı barədə geniş müzakirə aparıldı.











Daha sonra Kars vilayətində heyvandarlıqla məşğul olan bir neçə fermer təsərrüfatları ilə tanışlıq baş tutdu.Burada saxlanılan heyvanların bəslənmə şəraiti barədə geniş məlumat verildi.



HETİ-nin direktoru Mahir Hacıyev təsərrüfat rəhbərliyinə heyvanların saxlanma şəraitinə,xəstəliklərə qarşı mübarizə tədbirləri barədə Azərbaycan təcrübəsini izah etdi.











Azərbaycan nümayəndə heyyətini qəbul edən Kars Kafkas Universitetinin rektoru prof. Dr Hüsnü Kapu bildirdi ki, Azərbaycanla elmi texniki əməkdaşlığın olması müsbət haldır.Regionda heyvandarlığın inkişafına xidmət edəcək bu müqavilənin bağlanması tarixi haldır. “Azərbaycan və Türkiyə əzəldən dost və qardaş ölkədir, iki ölkə alimlərinin birgə çalışması ,innovasiyaların tətbiqi , birgə elmi tədqiqatların aparılması düşünürəm ki gələcəkdə öz müsbət nəticəsini verəcəkdir” deyə Hüsnü Kapu əlavə edib.

Heyvandarlıq Elmi tədqiqat İnstitutunun direktoru dosent Mahir Hacıyev isə öz növbəsində Türkiyə Kars Kafkas Universiteti ilə əməkdaşlıq etməyin əhəmiyyətini vurğulayıb.Qeyd edib ki, Son illər dövlət tərəfindən həyata keçirilən çox şaxəli tədbirlər kənd təsərrüfatı sahəsinin, o cümlədən heyvandarlığın davamlı inkişafı və ölkə əhalisinin heyvandarlıq məhsulları ilə etibarlı təminatının gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.“Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.Heyvandarlıq, arıçılığın inkişafı üçün dövlət tərəfindən subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bizim əsas fəaliyyətimiz fermerlərə yaxınlıq, innovasiyaların tətbiqidir” deyə Mahir Hacıyev vurğulayıb.

Sonda Kars Kafkas Universiteti və Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında elmi texniki anlaşma memorandumu imzalanıb.Memorandumu Universitetin rektoru prof.dr Hüsnü Kapu və HETİ-nin direktoru dosent Mahir Hacıyev imzalayıb.

Müqaviləyə əsasən Fermer tədris proqramı, iri və xırdabuynuzlu heyvandarlıqda reproduktor və məhsuldarlıq proqramlarının idarə edilməsi, embrion transferi, maldarlıqda sürü dövriyyəsi proqramları və s. sahələrdə elmi araşdırmalar aparılacaq.

Laborant və texniki personalın hazırlığı üçün də kursların təşkil olunacağı barədə razılıq əldə edilib. Mütəxəssislərin mübadiləsi, eyni zamanda magistr və doktorantura üçün Kars Kafkas Universitetində xüsusi kvotanın ayrılması mümkün olacaqdır.