Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Moldova Respublikasının Heyvandarlıq və Baytarlıq Biotexnologiyaları Elmi-Praktiki İnstitutu arasında elmi-texniki əməkdaşlıq müqaviləsi bağlanmışdır.



Bu müqaviləyə əsasən:

- kənd təsərrüfatı heyvanlarının, ətlik və südlük istiqamətdə olan qoyunların yemlənməsi, yetişdirilməsi və artırılması kimi ümumi maraq sahələrində tədqiqatların aparılması, heyvandarlıq və heyvandarlıq məhsullarında qabaqcıl texnologiyaların tətbiqi;

- Avropa tədqiqat sahəsinə səmərəli inteqrasiya üçün layihələrin işlənməsində əməkdaşlıq etmək;

- ortaq tədqiqat layihələrində planlaşdırılmış məqsədlərə nail olmaq üçün elmi tədqiqatların aparılması;

- peşəkar inkişaf və təcrübə mübadiləsi üçün elmi tədqiqatçıların təlim keçməsi;

- müxtəlif beynəlxalq jurnallarda dərc olunacaq elmi məqalələrin nəzərdən keçirilməsi,

- əldə edilən nailiyyətlərin nümayiş sahələrinin yaradılması və təcrübə sahələrinə səfərlərin təşkili;

- elmi tədqiqat nəticəsində əldə olunan texniki və elmi yeniliklərin mübadiləsi və innovasiya yönümlü metodların öyrənilərək əlaqələndirilməsi;

- elmi simpoziumlar və konfranslar haqqında qarşı tərəfin məlumatlandırılması və bu tədbirlərdə dəvət olunmuş əməkdaşların iştirakını təmin etmək və s. istiqamətlərdə işlər görüləcəkdir.