Heyvandarlıq Elmi -Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.



Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan institutun direktoru Mahir Hacıyev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətlərinin olduğunu deyən Mahir Hacıyev bildirib ki, Heydər Əliyevin ad günü Azərbaycan xalqı hər zaman mötəbər gün kimi qeyd olunur: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib. Heydər Əliyev siyasi kursunu uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil dövlətimiz üçün çox böyük işlərə imza atmışdır. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən heyvandarlıq sektorun davamlı inkişafına real zəmin yaradır”.







Sonra tədbiri Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Fizuli Mirzəyev, Elmi katib Samir Mahmudov, Həmkərlar İttifaqının sədri Namiq Həsənov öz çıxıçları ilə davam etdirdilər.