Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Gədəbəy rayonunda fermerlərlə görüş keçirib.



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2019-cu il təlim planına uyğun olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Mübariz Əliyev tərəfindən Gədəbəy rayonunda fermerlərlə görüş keçirib. Görüşdə fermerlər üçün "İribuynuzlu heyvandarlıqda süd veriminin artırılması və buzovlara qulluq qaydalarının dair tövsiyələr" mövzusunda təlim keçirilib. Mütəxəssis eyni zamanda fermerlərin mal-qara sürüsünə baxış keçirmiş və fermerlərə öz tövsiyələrini vermişdir.