24 aprel 2019-cu il tarixində HETİ-də Aqrar Elm və İnnovasiya Mərkəzinin nümayəndələri ilə "Strateji Yol Xəritəsi"-ndən irəli gələn məsələlər müzakirə edilmişdir.



24 aprel tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Aqrar Elm və İnnovasiya mərkəzinin nümayəndələri ilə “Strateji yol xəritəsi”nin təflisatlı tədbirlər planının müzakirəsi haqqında tədbir təşkil edilmişdir.

Tədbirin əsas mövzusu kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi, aqrar sahədə ətraf mühiti mühafizə mexanizmlərinin təkmilləşdirilməsi adlı bəndlər və onlara uyğun alt bəndlərin müzakirəsi idi.




Aqrar Elm və İnnovasiya mərkəzinin baş məsləhətçisi Mətləb Xəlilov hər bir bəndlər və alt bəndlər haqqında ətraflı məlumat verərək, “strateji plan”ın növbəti hesabat dövrünədək yenidən işlənib hazırlanması haqqında təklifləri institut əməkdaşlarının nəzərinə çatdırdı.

Tədbirdə kənd təsərrüfatı sahəsində elmi tədqiqatların prioritetlərinin müəyyən olunması və nəticəyönümlülüyünün artırılması, elmi tədqiqatların aparılmasının təşviqi mexanizminin işlənib hazırlanması, kənd təsərrüfatı profilli elmi tədqiqat institutlarının müasir laboratoriya, cihaz və avadanlıqlarla təminatının yaxşılaşdırılması, tələb edilən investisiya, elmi tədqiqatların nəticələrinin informasiya-məsləhət xidmətləri vasitəsilə fermerlərə ötürülməsinin təmin edilməsi, aqrar sahənin ehtiyaclarına cavab verən informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrobiomüxtəlifliyin qorunması, yerli və xarici fondlarla birgə fikir mübadiləsi apararaq, layihələrin işlənib hazırlanması və həyata keçirilmiş layihələrin, həmçinin keçiriləcək bütün təlimlərin, elmi nəaliyyətlərin və innovasiyaların aqrar sahədə tətbiqinin genişləndirilməsinin zəruriliyindən danışıldı.