HETİ-nin əməkdaşları Tovuz rayonunda fermerlərə “İpəkçilikdə dezinfeksiyanın aparılması” mövzusunda təlim keçiblər.



10 aprel 2019-cu il tarixində HETİ-nin “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası laboratoriyası”-nın əməkdaşları Tovuz şəhərində səfərdə olublar. İnstitutun əməkdaşları ilk öncə Tovuz rayon İcra Hakimiyyətində kümçü və fermerlərlə təşkil olunan görüşdə iştirak edib, iştirakçıların suallarını cavablandırmışlar. Sonra Tovuz DAİM-də laboratoriyanın böyük elmi işçisi Təranə Hacıyeva tərəfindən kümçü və fermerlərə “İpəkçilikdə dezinfeksiyanın aparılması” mövzusunda təlim keçirilmişdir.






İnstitutun əməkdaşları eyni zamanda Bozalqanlı kənd sakini kümçü Tahir Orucovun kümxanasına baxış keçirmiş, kümxananın dezinfeksiyası ilə bağlı lazımi tövsiyə və təlimatlar vermişlər. Dönük Qırıqlı kənd bələdiyyəsində kümçülərlə görüşən mütəxəssislər burada da kümçülərin suallarını cavablandırmış, onlara gərəkli məlumatlar vermişlər. Qovlar kənd sakini Elnarə Əliyevanın kümxanasına və tut bağına baxış keçirən institut əməkdaşları tut bağına düzgün qulluq, kümxananın dezinfeksiyası və digər lazımi məqamlara toxunmuş, öz dəyərli tövsiyələrini vermişlər.