Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda baramaçılığın elmi əsaslarla inkişafı….


Möhtərəm Cənab Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda söyləmişdir: “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaş¬malar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək”.

Respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün səylər göstərilir. Bu sahə üçün strategiyalar təsdiqlənir, kənd təsərrüfatı təşviq edilir, fermerlərə kreditlər verilir, güzəştli layihələr Dövlət tərəfindən həyata keçirilir.









Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmışdır. İpəkçilik kənd təsərrüfatının ən qədim sahələrindən biridir. Artıq V-VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur.

Son dövrlər Dövlət dəstəyi və qayğısı bütün sahələrlə bərabər aqrar sahədən, o cümlədən baramaçılıqdan da yan keçməmişdir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Baramaçılıq laboratoriyasında genofonda aid 82 cinsin, o cümlədən Çin Xalq Respublikasından, Bolqarıstandan, Yaponiyadan, Polşadan gətirilən rəngli və adi növlərdə olmaqla ipəkqurdlarının inkubasiyası həyata keçirilir. Hal-hazırda inkubasiya prosesi başa çatmaq üzrədir.