Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən regionlarda fermerlərə təlimlər keçirilir.


Ölkəmizdə heyvandarlığın inkişafı bu gün insanların bu sahə üzrə məhsullarla təminatı, idxaldan asılılığın tamamilə aradan qaldırılması baxımından xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər heyvandarlığın inkişafı üçün geniş perspektivlər açır.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu da öz növbəsində bu səpkidə olan tədbirlər həyata keçirir. Beləki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən respublikamızın müxtəlif regionlarında fermerlərə məsləhət xarakteri daşıyan, heyvandarlığın inkişafı, heyvandarlıqda ən son texnologiyaların tətbiqi, sağlam yem bazasının yaradılması, süni mayalandırma, süngərləmə üsulu ilə heyvanların baş sayının artırılması və məhsuldarlığın yüksəldilməsi və s. mövzuları əhatən edən silsilə təlimlər keçirilir.



Qeyd edək ki, sözügedən təlimlərə cari ilin noyabr ayının 27-dən start verilib. Təlimlərin keçirilməsi hal-hazırda da davam etdirilir. Təlimlər silsiləsində 51 rayonda 59 təlim olmaqla, ümumilikdə 1000-ə yaxın fermer və sahibkarın iştirakı nəzərdə tutulmuşdur.